- Baxış sayı: 28
- 30 Mart 2026 14:48
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0
Fransanın 3-cü liqa təmsilçisi “Qrenobl”la anlaşan mərakeşli Əlhərbi Əl-Jadeyaui, xarici mətbuata açıqlamasında Azərbaycandakı karyerasını yada salıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi “Qarabağ”da karyerası (2015-16) ərzində ən yaxşı komanda olduğunu bildirib:
“Azərbaycana getməklə çox şey qazandım. “Qarabağ”da oynamaq təcrübəsi mənim gözlərimi açdı. Məhz bu keçidin hesabına çempionlar liqasının təsnifatında oynamaq imkanı qazandım. Sonra Avropa liqasının qrupunda çıxış etdim. “Qarabağ”da ölkə çempionu oldum, titul qazandım. Bu, həm futbolçu, həm də insan kimi inkişafıma təkan verdi”.