- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Avropa liqasının ilkin ələməsində “Zirə” klubu Moldova “Şerif”i ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Rəşad Sadıqov püşkü belə dəyərləndirib:
““Şerif” Azərbaycan futboluna tanış rəqibdir. Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik.
Komandamıza güvənirəm. Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah, bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.