- Baxış sayı: 18
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Almaniyanın şəhərində keçirilmiş Avropa çempionatında Avstriya millisinə 1/8 finalda 2:1 qalib gələn “ay-ulduzlular” qələbəni meydanda özlərinə məxsus şəkildə qeyd ediblər. Allsport.az saytı xəbər verir ki, müdafiəçi Mərih Dəmiral türklərin müqəddəs rəmzi “Boz qurd” işarəsini göstərib. Qarşı tərəfə və “Köhnə qitə”yə bu xoş olmayıb. Avstriya qadağan olan bu jestə, UEFA 26 yaşılı futbolçuya 2 oyun cəza verməklə dəstək verib. O, oyundan sonra Almaniya mediasına belə deyib:
“Sevincimi, bayram əhvalımı necə nümayiş etdirməyim, türk kimliyimlə bağlıdır. Ona görə də bu jesti (“Boz qurd” işarəsi) etdim. Stadionda bu jesti edən insanları da gördüm. Bu jestin arxasında “gizli mesaj” yoxdur. Biz hamımız türkük, mən türk olmağımla fəxr edirəm və bu jestin mənası da elə budur. Mən bu jestlə sadəcə olaraq nə qədər xoşbəxt olduğumu və nə qədər qürurlu olduğumu nümayiş etdirmək istədim. Ümid edirəm ki, bu jesti göstərmək üçün bundan sonra daha çox imkanlar olacaq”.
Bu məsələ ilə bağlı almandilli mətbuatda çoxsaylı yazılar gedib. Qərb auditoriyası isə o fikirdədir ki, “Boz qurd” işarəsi faşizmə yuvarlanmış türklərin jestdir. Ona görə də Qərbdə bu jestə aşırı səviyyədə antipatiya var.