- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Almaniyanın aparıcı “Kicker” idman dərgisi Avropa liqasının “G” qrupunda 2:1 hesabı ilə bitən “Frayburq” – “Qarabağ” oyunu barədə yazıb. Allsport.az saytı xəbər verir ki, məqalədə “köhlən atlar”ın 2-ci yarıda rəqibə xeyli çətinlik yaşatdığını qeyd edilib:
“2:2 hesabı bu görüşün ədalətli nəticəsi olardı. Azərbaycan komandasının gücü bir çoxları üçün gözlənilməz oldu. Amma “Frayburq”un baş məşqçisi Kristian Ştrayx üçün deyil. O, matçdan sonra azərbaycanlı jurnalistin sualına cavab verərkən dedi: “Mən qalib gələndə həmişə narazı qalıram”. Onun belə fikir səsləndirməsi təsadüfi deyil. Bundesliqada “Ştutqart”, “Bohum” və “Bayer” üzərindəki son 3 qələbədən sonra, baş məşqçi bəzi boşluqlara diqqət çəkməklə yanaşı, bəxtlərinin gətirdiyini də söylədi.
“Qarabağ”la oyunda rəqib “Frayburq”un qapısı önündə 5 qol imkanı yaratdı. 81-ci dəqiqədə “Frayburq”un bəxti də gətirdi. Kiliann Sildilliya, Abdullah Zubirin cərimə meydançasında zərbə vurmasının qarşısını aldı. Onların bəxti gətirdi ki, penalti təyin olunmadı. Matçı ümumən yaxşı idarə edən belçikalı hakim Erik Lambrexstin bunun üçün əsaslı səbəbi ola bilərdi. Amma Sildilliyanın müdaxiləsi penaltinin olduğuna dair də fikir yürütməyə imkan verir.