Məşhur azarkeş vəfat etdi

Məşhur ispan azarkeşi, daha çox Manolo kimi tanınan Manuel Kaseres-Artecero 77 yaşında dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, İspaniya millisi ilə 10 mundialda iştirak edən sadiq azarkeş son bir neçə gündür ciddi nəfəs problemi ilə xəstəxanada olub.

“Təşəkkür edirəm, Manolo, bütün bu müddət ərzində kədərimizdə və sevincimizdə bizimlə olduğunuz üçün. Rahat yat”, – İspaniya yığmasının rəsmi saytında deyilir.

Həmin kateqoriyadan