- Baxış sayı: 33
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 147
- Fevral 04, 2026
- 0

Fransanın “Reyms” klubunun və Yaponiya millisinin cinah oyunçusu Jun İto cinsi zorlamada ittiham olunaraq istintaqa cəlb olunub.
Allsport.az xəbər verir ki, 2 qadın İto tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını Yaponiya hüquq-mühafizə orqanlarına bildiriblər. Zərərçəkənlərin sözlərinə görə, futbolçu onlara spirtli içki verib və keçən yay Osakadakı oteldə razılıq olmadan cinsi əlaqədə olub.
İto özü də 2 qadınla vaxt keçirdiyini inkar etmir. Lakin idmançının vəkili qadınların ifadələrindəki ziddiyyətlərə və sübutların olmamasına diqqət çəkərək, zorlama ittihamlarını tamamilə əsassız adlandırıb.