Məşhur kanalda reportaj

“Euronews” kanalında Azərbaycan su idman növləri federasiyası haqqında geniş reportaj yayımlanıb.

Allsport.az xəbər verir ki, reportajda beynəlxalq kanoe federasiyasının prezidenti Tomas Konyetsko və Avropa kanoe assosiasiyasının prezidenti Jan Zunqrananın Azərbaycana səfərindən bəhs edilib.

Səfər zamanı beynəlxalq federasiya rəhbərləri federasiyanın inzibati binası ilə tanış olublar. Həmçinin Bakı avarçəkmə və kanoe idman klubu və Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzinə baş çəkiblər.

Qonaqlar səfər çərçivəsində Sərsəng su anbarında olaraq burada beynəlxalq avarçəkmə və kanoe yarışlarının təşkil olunması perspektivlərini müzakirə ediblər.

Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı Sərsəng su anbarında avarçəkmə yarışlarının keçirilməsi imkanlarının olduğunu vurğulayıb və bu istiqamətdə perspektivlərin yüksək qiymətləndirildiyini bildirib. Qısa zaman ərzində Azərbaycan su idman növləri federasiyası tərəfindən beynəlxalq federasiya rəhbərlərinin Sərsəng su anbarına səfəri təşkil edilib.

https://www.euronews.com/2026/03/27/international-visit-reviewed-sites-for-canoe-and-rowing-competitions

Həmin kateqoriyadan