FOTO
Məşhurlardan Vyana “Qarabağ”ına dəstək

Azərbaycanın tanınmış simaları Avstriyanın Şərq regional liqasında çıxış edən Vyana “Qarabağ”ına dəstək olublar.

Allsport.az saytı xəbər verir ki, şahmat üzrə 3-qat Avropa çempionu, FİDE reytinqində dünyanın 2-ci şahmatçısı Şəhriyar Məmmədyarov, yunan-Roma güləşi üzrə 2-qat olimpiya finalçısı, dünya və Avropa çempionu Rövşən Bayramov, yunan-Roma güləşi üzrə Avropa və İslam oyunlarının qalibi Elvin Mürsəliyev, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov, karate üzrə dünya və Avropa çempionu Şahin Atamov, Azərbaycanın əməkdar artisti Səlim Abbasov, əməkdar artist, əfsanəvi “Bakılı oğlanlar” Şən Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə, ATV kanalının “Həftə sonu” ictimai-siyası proqramının müəllifi, aparıcı Vaqif Aydınoğlu, ATV kanalında idman xəbərlərinin aparıcısı Sənan Şəfizadə sosial şəbəkədəki rəsmi səhifələrində “Qarabağ” klubunun oyunlarını izlədiklərini və onlara dəstək olduqlarını yazıblar.

Onlar bu klubun futbol geyimlərini paylaşaraq, həmvətənlərinə uğurlar arzu edib, tezliklə azərbaycanlılar tərəfindən yaradılan komandanı Avstriyanın yüksək dəstəsində mübarizə aparmasını arzulayıb.

Xatırladaq ki, azərbaycanlı soydaşlarımız tərəfindən yaradılan “Qarabağ” 2014-cü ildə ölkənin 6-cı liqasında çıxış etməyə başlayıb. Hazırda komanda Avstriya Stadt Ligada (3-cü liqa) mübarizə aparır.

 

Həmin kateqoriyadan