- Baxış sayı: 39
- 20 Mart 2026 22:44
- Baxış sayı: 130
- Mart 19, 2026
- 0

Formula1 üzrə Macarıstan qran-prisini “Ferrari” üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, dünya çempionatının 11-ci yarışında bu komandanın üzvləri fərqləniblər: Sebastyan Fettel Budapeştdə 2-ci, mövsümdə 4-cü, karyerasında isə 46-cı qələbəsini qazanıb.
Kimi Rəykkönen fəxri kürsünün 2-ci pilləsinə qalxmaqla italyanlara mövsümdə 2-ci dublu qazandırıb. İlk üçlüyü “Mersedes”in sürücüsü Valtteri Bottas qapayıb.
Qarşıda bizi 4 həftəlik yay tətili gözləyir. Mübarizə avqustun sonunda, Belçikada əfsanəvi Spa trasında davam edəcək…