- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 179
- Mart 19, 2026
- 0

Millimizin futbolçusu Mahir Əmrəlinin Polşada fanatları çoxalıb.
Allsport.az xəbər verir ki, Polşa kubokunun 1/32 finalının “Viqrı” ilə görüşündə “Legiya” fanatlarından biri azərbaycanca “Səni sevirəm, Əmrəli” yazılmış pankard açıb.
Suvalki şəhərində keçirilən matç başa çatdıqdan sonra Mahir Əmrəli həmin qız fanata avtoqraf verib.
“Legiya”nın 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Mahir Əmrəli meydana 57-ci dəqiqədə daxil olub. O, 80-ci dəqiqədə qol vurub. Bu, onun Polşanın son çempionunun heyətində vurduğu 8-ci rəsmi qol olub.