- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Polşa mətbuatı yay fasiləsində Ekstraklasaya keçən futbolçuların çıxışını dəyərləndirib.
Allsport.az xəbər verir ki, fərqləndirilən oyunçular arasında bu yay “Qarabağ”dan “Legiya”ya keçən millimizin hücumçusu Mahir Əmrəli də var.
Mahirlə yanaşı, Vladan Kovaçeviç (“Rakov”), Mixal Pazdan (“Yagelloniya”), Kamil Qrosiçki (“Poqon”), Lukaş Podolski (“Qornik”), Joao Amaral (“Lex”), Damian Kadzior (“Pyast”), Mayk Navroçki (“Legiya”) və Matey Hanuşekin (“Visla”) də Polşa çempionatına rənq qatdığı bildirilib.
Yerli mətbuat bu oyunçulardan bəziləri Polşada çox qalmayacağını yazıb. Xüsusən də, Kovaçeviç və Əmrəlinin yüksək məbləğdə, daha böyük çempionata keçəcəyi proqnozlaşdırılır.
“Legiya”nın Avropa Liqasının qrupuna düşməsində böyük rol oynayan Mahir Əmrəli komandada ümumilikdə 13 oyuna 6 qol vurub, 1 məhsuldar ötürmə edib. 24 yaşlı hücumçu “Legiya” ilə 2+1 illik müqavilə bağlayıb.