- Baxış sayı: 26
- 21 Noyabr 2024 22:51
- Baxış sayı: 45
- Noyabr 21, 2024
- 0
“Komandanın ən böyük qüsuru qeyri-effektivlikdir. Əvvəlki yarışlarda cərimə meydançasına asmaların demək olar ki, hamısı Tomaş Pekqartın qolu ilə nəticələnirdi. İndi belə zərbələr endirən yoxdur”.
Allsport.az xəbər verir ki, bu fikirləri Polşanın “Legiya” klubunun sabiq futbolçusu Marek Yovyak Varşata təmsilçisinin çıxışı barədə “Przegladsportowy” nəşrinə müsahibəsində deyib.
54 yaşlı polşalı keçmiş müdafiəçi Azərbaycan millisinin hücumçusu Mahir Əmrəli və portuqaliyalı forvard Rafael Lopesin IX turda “Rakuv”la oyundakı çıxışını tənqid edib.
Yovyakın sözlərinə görə, “Legiya”nın “mərmilər”i lazımi formada deyil: “Mahir Əmrəli və Rafael Lopesin o cür epizodlardan yararlanmaları lazımdır. Qol vurmamaq günah olardı”.
“Legiya” “Rakuv”a evdə 2:3 hesabı ilə uduzub. Varşava təmsilçisinin ilk qolunu 33-cü dəqiqədə Mahir Əmrəli vurub.