- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Zaqreb “Dinamo”sunun hücumçusu Mislav Orşiç karyerasını İngiltərə premyer liqasında davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, “Sauthempton” klubu “ağ-göylər” ilə razılığa gəlib və qarşı tərəfə 6,5 milyon avro təzminat ödəniləcək.
“Dinamo” bu transferdən 1,5 milyon avro əlavə də qazana bilər. Tibbi müayinədən keçən Dünya Kuboku-2022-nin bürünc mükafatçısının keçidinin tezliklə açıqlanacağı gözlənilir. Bu isə o deməkdir ki, millimizi üzvü Mahir Əmrəli əsas heyətdə daha çox oynamaq fürsəti qazana biləcək.