- Baxış sayı: 127
- 20 Mart 2026 23:43
- Baxış sayı: 152
- Mart 19, 2026
- 0

Azərbaycan millisinin futbolçusu Mahir Əmrəlinin də oynadığı “Legiya” Polşa çempionatında növbəti matçına çıxıb.
Allsport.az xəbər verir ki, Varşava təmsilçisi 7-ci turda səfərdə “Slask Vroslav”la üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0.
Mahir matçın 46-cı dəqiqəsində meydana daxil olub.
“Legiya” turnir cədvəlində 6 xalla 15-ci pillədədir. “Legiya” rəqibləri ilə müqayisədə 2 oyun az keçirib.