- Baxış sayı: 39
- 14 Dekabr 2025 18:30
- Baxış sayı: 135
- Dekabr 14, 2025
- 0

Azərbaycan millisinin futbolçusu Mahir Əmrəli Polşanın “Legiya” klubunda oktyabrın ən zəif oyunçusu seçilib.
Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu “Legionisci” nəşrinin versiyasına əsasən, komanda yoldaşı Lirim Kastrati ilə birlikdə -5 xala layiq görülüb.
Azərbaycanlı forvardın bu ay qol vura bilməməsi böyük məyusluq yaradıb. Varşava təmsilçisinin gənc qapıçısı Çezari Mişta 3 xalla ayın oyunçusu olub.
“Legiya” oktyabrda keçirdiyi 6 oyunun 5-də uduzub. Son ölkə çempionu yalnız kubokun 1/16 finalında “Svit Skolvin”i minimal hesabla yenib – 1:0.