- Baxış sayı: 34
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Mahir Əmrəlinin çıxış etdiyi “Nürnberq” klubu II bundesliqanın 9-cu turu çərçivəsində “Qroyter Fürt” klubunun qonaqı olub.
Allsport.az xəbər verir ki, oyunu Miroslav Klozenin çalışdırdığı komanda inamlı qələbəylə başa vurub – 0:4. Matçda hesabı Mahir Əmrəli açıb.
O, 13-cü dəqiqədə uzaq məsafədən endirdiyi zərbəylə qol hesabını açıb. Millinin hücumçusu 62-ci dəqiqədə əvəzlənib.
“Nürnberq” 18 klub arasında 13 xalla yarış cədvəlində 9-cudur.