- Baxış sayı: 27
- 27 Noyabr 2024 14:48
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Türkiyə mətbuatı futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın üzvü Mahir Mədətovun “Beşikdaş”a transferini yenidən gündəmə gətirib. Allsport.az saytı xəbər verir ki, son xəbərlərdə 20 yaşlı futbolçunun Türkiyə çempionu ilə müqavilə imzalayarkən çəkilmiş fotosunun ortaya çıxması diqqətə çatdırılıb.
Həmkarlarımız “ağ-qaralar”ın gənc azərbaycanlı futbolçunun transferini bitirdi iddia olunur: “Qarabağ”ın gənc ulduzu Mahir Mədətovun sosial mediada ortaya çıxan bir fotosu gündəmi zəbt etdi. Bu fotoya əsasən gənc oyunçunun sözləşməyə imza atdığı görünür. Mədətovun komanda yoldaşının etdiyi bu paylaşım “transfer bitdi” şəklində şərh olunur”.
Fotonu əslində onun komanda yoldaşı yox, “Səbail”in kapitanı Eltun Yaqublu sosial şəbəkədə yayıb. O da yazılıb ki, Mahir sol ayağı ilə yaxşı oynamasıyla tanınır. “Beşikdaş”ın baş məşqçisi Şenol Günəşin “Qarabağ”ın “Çelsi”ylə ev oyununu izləmək üçün Bakıya səfərinin təsadüfi olmadığı da vurğulanıb:
“O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşmüşdü. Günəşin bu qarşılaşmanın izləməsi ziyarətinin təsadüfi olmadığı şərhlərinə əsas verdi. Belə görünür ki, baş məşqçi bu matçda futbolçunu izləyib, Qurbanovla söhbətində Mahir də müzakirə olunub”.