Mahir Mədətov: Həyəcan yox idi desəm, yalan olar

Qətər və Azərbaycan komandaları arasında keçirilən yoldaşlıq oyunundan sonra millimizin yarımmüdafiəçisi Mahir Mədətov AFFA-nın rəsmi saytına açıqlama verib. Allsport.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu 2:1 hesablı qələbə barədə bunu deyib:

“Maraqlı oyun oldu. Hər iki komanda açıq futbola üstünlük verirdi. Məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib qələbə qazandıq. Bu oyun mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki əsas millidə ilk dəfə debüt edəcəkdim. Həyəcan yox idi desəm, yalan olar.

Baş məşqçi Robert Prosineçkiyə özümü göstərmək istəyirdim. Gənc bir oyunçu üçün bu böyük bir məsuliyyətdir. Düşünürəm ki, bunu bacardım. Əlbəttə, bununla kifayətlənməməliyəm. Növbəti toplanışlara da dəvət alsam, komandaya faydalı olmaq üçün bacardığımın ən yaxşısını etməyə çalışacam”.

 

Həmin kateqoriyadan