- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Legiya”nın baş məşqçisi Marek Qolembievski Polşa kubokunun 1/8 finalında “Motor Lyüblina”ya 2:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib.
Allsport.az xəbər verir ki, o, millimizin hücumçusu Mahir Əmrəlini də fərqləndirib: “Ağır oyun oldu. Kubok matçlarının hər zaman öz qaydaları var. Rəqib bizi çətin vəziyyətə saldı. 2-ci hissədə Mahir Əmrəli və Filip Mladenoviç meydana daxil olduqdan sonra rəqibdən üstünlüyümüz üzə çıxdı. Yaxşı şanslar yaratdıq, xoşbəxtlikdən ikisindən maksimum istifadə etdik. Digər qol isə oyundankənar vəziyyətə görə hesaba alınmadı. Bizim üçün vacib olan irəliləyişdir. Ardıcıl 2-ci qələbəmizi qazandıq”.