Mahir penaltini vurma bilmədi, komandası məğlub oldu

Millimizin futbolçusu Mahir Əmrəlinin çıxış etdiyi  “Legiya” ötən gün Avropa liqasının qrup mərhələsinin 5-ci tur oyununu keçirib.

Allsport.az xəbər verir ki, Varşava təmsilçisi “Lester”in qonağı olub. Matç meydan sahiblərinin  3:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir görüşdə meydana start heyətdə daxil olub.  O, 26-cı dəqiqədə penaltini yerinə yetirə bilməsə də, komanda yoldaşı Filip Mladenoviç təkrar zərbə ilə “Legiya”nın yeganə qolunu vurub.  Mahir 78-ci dəqiqədə əvəzlənib.

Bu komandalar arasında Polşada oynanılan ilk görüşdə “Legiya” 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu məhz millimizin üzvü vurub.

26 noyabr

00:00. “Lester” (İngiltərə) –  “Legiya” (Polşa) – 3:1

Qollar: Daka, 11(1:0), Maddison, 21 (2:0), Mladenoviç, 27 (2:1), Ndidi, 33 (3:1)

Həmin kateqoriyadan