- Baxış sayı: 32
- 29 Mart 2026 14:51
- Baxış sayı: 67
- Mart 29, 2026
- 0
“Neftçi”nin keçmiş müdafiəçisi Mahir Şükürov futbola qayıdıb. Allsport.az saytı xəbər verir ki, o, bu həftədən etibarən “ağ-qaralar”ın bazasında məşqlərə başlayıb.
Mahir formasını bərpa etdikdən sonra, azad agent kimi klubla müqavilə imzalayacaq. Xatırladaq ki, onun sonuncu klubu Türkiyə “Qarşıyaxa”sı olub. O, bu komandadan ötən ilin aprel ayında ayrılandan sonra futbolu buraxmışdı.