- Baxış sayı: 35
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan millisinin noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışı keçirilir.
Allsport.az xəbər verir ki, toplanışa dəvət olunmuş futbolçulardan Mahir Şükürovun hazırlığa əvvəlcə noyabrın 10-da qatılacağı bildirilsə də, futbolçu sabahdan etibarən təlim-məşq toplanışında iştirak edəcək.
“Qarabağ”ın oyunçuları toplanışa noyabrın 7-də, Cavid İmamverdiyev, Dmitri Nazarov, Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-da qatılacaqlar.
Azərbaycan – Norveç oyunu saat 21:00-da start götürəcək.