Mahir üçün dil kursları

Millimizin hücumçusu Mahir Əmrəlinin çıxış etdiyi “Legiya” legionçu futbolçuları üçün klubun tədris mərkəzində dil kursları təşkil edib.

Allsport.az xəbər verir ki, Varşava təmsilçisi əcnəbi oyunçuların yeni baş məşqçi Marek Qolebiyevskinin tapşırıqlarını daha yaxşı başa düşməsi üçün bu addımı atıb. 

Legionçu futbolçulara gələn həftədən etibarən 45 dəqiqəlik polyak dili dərsləri keçiləcək və artıq bünü üçün xüsusi müəllim də işə götürülüb.

Həmin kateqoriyadan