- Baxış sayı: 24
- 21 Noyabr 2024 22:51
- Baxış sayı: 44
- Noyabr 21, 2024
- 0
Polşanın “Legiya” klubu keçmiş hücumçusu Voytsex Kovalçiki məhkəməyə verməyə hazırlaşır. Allsport.az xəbər verir ki, bu barədə Varşava təmsilçisinin yaydığı bəyanatda bildirilib.
Buna Kovalçikin komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandırması səbəb olub. Klub veteran forvarda qarşı hüquqi addımlar atılacağını bəyan edib. Bəyanatda bəzi oyunçuların və klub rəsmilərinin ev icarəyə götürmələri və orada əyləncə məclisi təşkil etmələri də təkzib edilib.
Xatırladaq ki, Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Əmrəlinin də olduğu yazılıb.