- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin koronavirusa yoluxduğu bildirilən üzvü Mahir Əmrəlinin son durumu açıqlanıb.
Allsport.az xəbər verir ki, bu barədə onun klubu “Legiya”nın mətbuat xidmətinin rəhbəri İzabela Kruq öz tvitter hesabında məlumat yayıb. O, 24 yaşlı hücumçunun ikinci koronavirus testinin nəticəsinin neqativ çıxdığını və vəziyyətinin yaxşı olduğunu bildirib:
“Mahirin ikinci koronavirus testinin nəticəsi neqativ çıxıb. Oyunçuya peyvənd vurulub. Onda koronavirus simptomları yoxdur. Biz situasiya ilə bağlı əlavə məlumat verəcəyik”.
Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda Serbiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.