- Baxış sayı: 37
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Azərbaycan millisinin futbolçusu Mahir Əmrəlinin çıxış etdiyi Polşanın “Legiya” klubu növbəti dəfə baş məşqçisini dəyişdirməyi planlaşdırır.
Allsport.az xəbər verir ki, Avropa çempionatından sonra Şimali Makedoniya yığmasından ayrılan İqor Angelovski Varşava təmsilçisinin sükanı arxasına keçə bilər.
45 yaşlı mütəxəssisin hazırkı baş məşqçi Marek Qolebiyevskini əvəzləyəcəyi iddia olunur. Lakin son ölkə çempionu Çeslav Mixneviçin istefaya göndərilməsindən sonra Qolebiyevskinin ən azı mövsümün sonunadək postunda qalacağını açıqlamışdı.
“Legiya”da yunanıstanlı Yorqos Donis və rusiyalı Stanislav Çerçesov da namizədlərdən biridir.