- Baxış sayı: 37
- 30 Mart 2026 21:25
- Baxış sayı: 351
- Mart 30, 2026
- 0

Millimizin hücumçusu Mahir Əmrəlinin çıxış etdiyi “Legiya”, Polşa ekstraklassasının 16-cı turunda yığmamızın müdafiəçisi Anton Krivotsyukun yer aldığı Plotsk “Visla”sının qonağı olub.
Allsport.az saytı xəbər verir ki, bu görüşdə ev sahibləri 1:0 qalib gəlib. Adı 2-ci çəkilən dutbolçu cəzalı olduğu üçün, mübarizəyə qatılmayıb. Mahir start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
“Visla” turnir cədvəlində 26 xalla 7-ci, digərlərindən 2 oyun az keçirən “Legiya” isə 12 xalla 18-ci pillədədir.