FOTO
Mahirin köynəyi satışa çıxarıldı

“Legiya”da çıxış edən millimizin üzvü Mahir Əmrəlinin Avropa liqasının qrup mərhələsində İngiltərə “Lester”i ilə oyundan sonra müsahibə verərkən geyindiyi köynək gündəm olub. Allsport.az xəbər verir ki, köynəyin üzərində oyunun hesabının yazılması diqqət çəkib. Qısa vaxt ərzində hesabın əks olunduğu geyimin hazırlanması müzakirələrə səbəb olub.

Bunu nəzərə alan “Legiya” klubu həmin köynəyi rəsmi mağazalarında satışa çıxarıb. Köynəklərin qiyməti 89 Polşa zlotu (təqribən 38 manat) təşkil edir.

“Legiya” Mahir Əmrəlinin qolu ilə “Lester” üzərində 1:0 hesablı qələbə qazanıb.

Həmin kateqoriyadan