- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 168
- Mart 30, 2026
- 0

Millinin hücumçusu Mahir Əmrəli, sabah Zaqreb “Dinamo”sunda debüt edə bilər. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı hücumçunun adının “Sevilya” ilə Avropa liqasının 1/16 final mərhələsinin səfər matçının iştirak ərizəsinə salınacağı gözlənilir.
Lakin futbolçumuz komandaya yeni qoşulduğundan onun sabah əsas heyətdə meydana çıxmaq ehtimalı azdır. Güman etmək olar ki, baş məşqçi Jelko Kopiç onu meydana sonradan daxil edəcək.
Tərəflər arasında ilk görüş fevralın 17-də İspaniyada, cavab oyunu fevralın 24-ü Xorvatiyada olacaq.