- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Polşa “Legiya”sının baş məşqçisi Çeslav Mixneviç komandanın azərbaycanlı hücumçusu Mahir Əmrəli haqda danışıb. Allsport.az saytı xəbər verir ki, o, millimizin üzvünün çox çalışmalı olduğunu deyib:
“Mahir mövsümə çox yaxşı başladı. Lakin sonra çempionlar liqasında “Budo Qlimt”ə qarşı cavab oyunu öncəsi xəstələndi. O, öz üzərində çox işləməlidir.
Düşünürəm ki, onun yenidən əvvəl formasına qayıtması üçün vaxt lazımdır. Tomaş Pekhart isə komandanın düşərgəsində heç bir hazırlıq müddəti olmadan gəlmişdi. Buna baxmayaraq, hər zaman meydana çıxmağa hazırdır. Fikrimcə, hər şey yaxşı olacaq”.
Mahir Əmrəli bu yay “Qarabağ”dan Varşava klubuna keçib.