- Baxış sayı: 19
- 01 Aprel 2026 11:55
- Baxış sayı: 800
- Mart 30, 2026
- 0

Avropa liqasının “İ” qrupunun ilk turunda oktyabrın 22-də Tel-Əvivdə keçiriləcək “Makkabi” – “Qarabağ” oyununa təyinatlar açıqlanıb. Allsport.az saytı xəbər verir ki, UEFA görüşü şotlandiyalılara həvalə edib.
Baş hakimi Con Biton olacaq. Ona yan xətlərdə Frensis Konnor və Daniel Makfarlan kömək edəcəklər. 4-cü referi Euan Anderson olacaq.
Hakimlərin işinə serb Milan Karaciç qiymət verəcək. UEFA nümayəndəsi rusiyalı İvan Tsitoviçdir.
Matç saat 23:00-da başlayacaq.