- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Avropa liqasının qrupuna vəsiqə qazandığımız üçün qürur duyuruq. Sözsüz, çempionlar liqasında yeni uğura yetişsəydik, daha yaxşı olardı. Ancaq bu durumdan da məmnunuq”. Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”la eyni qrupda yer alan Təl-Əviv “Makkabi”sinin baş direktoru Şaron Tamm deyib.
O, koronavirus pandemiyasının yaratdığı problemlər ucbatından maddi ziyana uğradıqlarını və növbəti hədəfin qrup səddini aşmaq olacağını söyləyib:
“UEFA-dan gələcək 10 milyon avro da koronavirusun yaratdığı zərəri bağlamaq üçün kifayət etmir. Dövlətin yardımı problemlərimizin bir qismini həll edəcək. Ümid edirəm ki, komandamız qrupdan çıxar. Bunun sayəsində həm yolumuza davam edərik, həm də qazancımızı artırarıq”.
“İ” qrupunda yer alan “Makkabi” ilk oyununu oktyabrın 22-də evdə “Qarabağ”a qarşı keçirəcək. Digər rəqiblər “Vilyarreal” (İspaniya) və “Sivasspor”dur (Türkiyə).