“Maklaren” 26 il sonra mühəndislər kubokunun qalibi oldu!

Formula-1 üzrə mövsümün mühandislər kubokunun qalibi müəyyənləşib.

Allsport.az xəbər verir ki, “Maklaren” komandası mövsümün final mərhələsi – Əbu-Dabi qran prisinin yekunlarından sonra bu titula sahiblənib. İngiltərə təmsilçisi bunu 1998-ci ildən bəri ilk dəfə bacarıb. Onlar 666 xal yığaraq ən yaxın izləyici “Ferrari”ni (652) qabaqlayıblar.

Qran prinin yekunlarına əsasən “Maklaren”dən Landro Norris bütün rəqiblərini qabaqlayaraq birinci olub. İkinci və üçüncü yerləri “Ferrari”nin pilotları – müvafiq olaraq Karlos Sayns və Şarl Lekler tutublar. Mövsümün çempionu Maks Verstappen isə bu yarışı 6-cı sırada bitirib.

Mühəndislər kuboku – 2024:

  1. “Maklaren” – 666
  2. “Ferrari” – 652
  3. “Red Bull” – 589
  4. “Mersedes” – 468
  5. “Aston Martin” – 94
  6. “Alpin” – 65
  7. “Haas” – 58
  8. RB – 46
  9. “Uilyams” – 17
  10. “Kik-Sauber” – 4

Həmin kateqoriyadan