- Baxış sayı: 41
- 20 Mart 2026 22:44
- Baxış sayı: 134
- Mart 19, 2026
- 0

İtaliyada Formula-1 dünya çempionatının 14-cü mərhələsinə yekun vurulub.
Allsport.az saytı xəbər verir ki, 5793-metrlik Montsa trasında 53 dövrənin sonunda “Maklaren”dən Daniel Rikkardo 1-ci olub. Avstraliyalı sürücü 1 saat 21:54.365 saniyə vaxt sərf edib.
Bu komandanın britaniyalı üzvü Lando Norris finişə 2-ci, “Mersedes”dən Valtteri Bottas 3-cü çatıb. İngiltərə komandası mövsümdə ilk dubl edib.
Növbəti ötüşmə 2 həftə sonra Rusiyada olacaq. Pilotlar 5848-metrlik Soçi trasında 53 dövrə vuracaqlar.