Makrona qarşı aksiya keçirmək istəyirlər

Allsport.az xəbər verir ki, fransalı azarkeşlər “Nant” və “Tuluza” arasında keçiriləcək ölkə kubokunun finalında Fransa prezidenti Emmanuel Makrona qarşı aksiya keçirməyi planlaşdırırlar.

Parisin “Stad de Frans” stadionunda keçiriləcək matçdan əvvəl rayonun bələdiyyə birliyi qırmızı vərəqə və fitlərin paylayacaq.

“Bu aksiya pensiya islahatlarına münasibətimizi göstərmək üçün nəzərdə tutulub. Qırmızı vərəqələrə də qadağa qoymaq gülünc olardı” – deyə təşkilatın sözçüsü Kamel Brahmi bildirib.

Həmçinin stadionda elektrik enerjisinin kəsilməsi ilə bağlı aksiya istisna edilmir ki, bu da Makronun son ictimai çıxışlarında artıq baş verib. “Stad de Frans”da əlavə 4 generator quraşdırılacaq.

Fransa prezidenti ənənəvi olaraq hər il ölkə kubokunun final oyunlarında iştirak edir, lakin bu il Makronun oyuna gəlişi barədə heç nə məlum deyil.

Həmin kateqoriyadan