Maks Bakıda Sebastyanın rekordunu qıra bilər

Azərbaycan qran-prisində “Red Bul”un sürücüsü Maks Ferstappen fəxri kürsü sayına görə, sələfi Sebastyan Fettelin rekordunu qıra bilər. Allsport.az saytı xəbər verir ki, niderlandlı pilot Monakoda qalib gəlmədi, lakin öz karyerasında 65-ci dəfə podiuma qalxaraq, nə vaxtsa “Red Bull Racinq”də çıxış edən, hazırda “Aston Martin”dən həmkarı ilə bu göstərici üzrə bərabərləşdi. Bakıda isə, Maks artıq Sebastyanın nailiyyətlərini üstələyə bilər.

Bununla belə, Ferstappenin Fettel qarşısında üstünlüyü tam olmayacaq, çünki almaniyalı sürücü özünün 65 uğuruna 113 yürüşdə nail olub. Hazırkı dünya çempionuna bunun üçün 125 yürüş tələb olunur. Yeri gəlmişkən, “Red Bul”un sabiq pilotu Mark Uebber də bu reytinqdə 3-cüdür. O, 110 yürüşdə 41 dəfə fəxri kürsüyə qalxıb.

Formula-1 çempionatının Azərbaycan qran-prisi 10-12 iyunda keçiriləcək.

Həmin kateqoriyadan