Maks Ferstappen: Sprirtsiz “Heynken” seriyası ilə işbirliyimizi davam edəcəyik”

Allsport.az saytı xəbər verir ki, son dünya çempionu “Heynken” içki markasının siması təyin olunub. Tanınmış pivə brendi artıq “Red Bull” komandası ilə əməkdaşlığa başlayıb. Maks Festappen əməkdaşlıq haqqında fikirlərini belə bölüşüb:

”Özüm niderlandlı olduğumdan, öz ölkəmin tanınmış markası ilə əməkdaşlıq etmək mənim üçün xüsüsi bir haldır. Məni tanıyanlar bilir ki, avtopilot olaraq özümə səhv etmə şansı vermirəm. Buna görə, “When you drink never drive“ (Sükan arxasında spirtli içkidən istifadə etmə) kompaniyasına qoşulmaqdan məmnunam.

”Red Bull “kollektivinin rəhbəri Kristian Horner də öz növbəsində əməkdaşlıq haqqında fikirlərini bölüşüb:”Yaxşı komandaya,yaxşı sponsorlar lazımdır. Biz yeni əməkdaşlığımızdan çox razıyıq. Marka sprirtsiz “Heynken” 0.0 seriyası ilə işbirliyimizi davam edəcəyik”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan