Maks Ferstappenin lüks avtomobil kolleksiyası

Allsport.az saytı xəbər verir ki, ”Red Bull” komandasının sürücüsü Maks Ferstappenin idman maşınlarının siyahısı açıqlanıb. Niderlandlı pilotun avtoparkı 6,4 milyon dollar qiymətləndirilir. Onun şəxsi kolleksiyasının ən diqqət çəkən modelləri azarkeşlərin xüsüsi diqqətini çəkib.

“Ferrari” Monza SP2, qiyməti 1.800 000 dollar
“Porşe” 911 GT3 RS (1-ci tituldan sonra əldə etdiyi model), qiyməti 400.000 dollar
“Aston Martin” DBS Superleqera, qiyməti 360.000 dollar
“Ferrari” 488 Pista, qiyməti 331.000 dollar
“Aston Martin” DB11 (Ceyms Bond filminin “Spektr” bölümündəki həmin avtomobil) qiyməti 200.000 dollar
“Aston Martin” Vantaj 2018-ci il, qiyməti 150.000 dollar
“Mersedes-Benz” C63 S AMG, qiyməti 78 000 dollar.

Həmin kateqoriyadan