- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 507
- Mart 30, 2026
- 0

“Yaxşı rəqiblə qarşılaşdıq. Bununla belə, məğlubiyyətə layiq deyildik”. Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane “Slovan”la yoxlama oyunundan (1:2) sonra deyib. Qvineyalı futbolçu çempionatın 2-ci hissəsinin startınadək tam hazır olacağıqlarına inandığını bildirib:
“Çox yaxşı heyətimiz var. Ümumiyyətlə, komandaya uyğunlaşmaq mənim üçün çətin olmadı. Futbolçularımız mənə dostcasına münasibət göstərirlər. Onlarla oynamaqdan zövq alıram. İnanıram ki, çempionatın 2-ci hissəsinin startınadək tam hazır olacağıq”.