- Baxış sayı: 29
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 63
- Dekabr 05, 2025
- 0

“Neftçi”nin müdafiəçisi Mamadu Mbodj “Sumqayıt” üzərində qələbədən sonra müsahibə verib. Allsport.az saytı xəbər verir ki, oyundan əvvəl qol vuracağını hiss etdiyini deyən seneqallı futbolçu, dəstəyə görə azarkeşlərə təşəkkür edib.
– Oyunla bağlı fikirləriniz?
– Vacib üç xal qazandıq. Çox çətin oyun oldu, amma əlimizdən gələni elədik ki, qalib gələk.
– Buraxdığımız qol epizodunu necə xatırlayırsınız?
– Topu qapıçımıza ötürmək istəyirdim, amma ötürməm zəif alındı deyə, rəqib topa birinci çatıb hesabı açdı. Təbii ki, mənim səhvim idi.
– Ondan sonra bu oyunda qol vurmaq prinsip idi?
– Mənim üçün ən əsası komandanın qələbəsidir. Amma etiraf edim ki, oyundan əvvəl qol vuracağımı hiss edirdim. Elə də oldu. Eminin ötürməsi də ideal idi, məndən ancaq işi bitirmək tələb olunurdu.
– Azarkeşlərə sözünüz olacaqmı?
– Çox sağ olsunlar! Onlar həmişə bizim arxamızdadır. Onların dəstəyini hiss edirik. Azarkeşlərimiz üçün meydanda hər şeyi etməyə hazırıq.