- Baxış sayı: 29
- 10 Fevral 2026 23:35
- Baxış sayı: 29
- Fevral 10, 2026
- 0

“Turan Tovuz” yeni keçidini gerçəkləşdirib.
Allsport.az xəbər verir ki, Moskva “Lokomotiv”inə məxsus olan Mark Rene Mampassi icarə əsasında mövsümün sonunadək qərb təmsilçisinin şərəfini qoruyacaq.
Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in köynəyini geyinib.
Ukrayna premyer liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya premyer liqasında isə 18 oyunda meydanda olub. Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var.