- Baxış sayı: 17
- 24 Noyabr 2024 20:21
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
“Mançester Yunayted”in skautları Portuqaliya çempionatının “Benfika” – “Sportinq” matçında (2:1) “qartallar”ın və Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Neveşin oyununu izləmək üçün iştirak ediblər.
Allsport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda olub, qol vurub və sarı vərəqə alıb. “qırmızı şeytanlar”ın skautlar departamentinin direktoru Nevesi izləməyə davam edəcəklərini bildirib.
Neves, “Benfika” yetirməsidir. Onun Portuqaliya çempionu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 18 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib, həmçinin 4 sarı vərəqə alıb. “Transfermarkt” portalı portuqaliyalıya 20 milyon avro qiymət qoyub.