“Mançester Siti” və “Real Madrid” arasında seçim edəcək

“Mançester Siti”nin ulduzu Rodri üçün transfer savaşı qızışır.

Allsport.az xəbər verir ki, klub ispan futbolçuya yeni müqavilə təklif edib, lakin “Real Madrid” də onu heyətinə qatmaqda israrlıdır.

“Qızıl top” sahibi yayda gələcəyi ilə bağlı son sözünü deyəcək.

Hazırkı müqaviləsi 2027-ci ildə başa çatan Rodri üçün “Siti” yüksək transfer haqqı müəyyənləşdirib. Futbolçunun ailəvi səbəblərə görə İspaniyaya qayıtma ehtimalı da gündəmdədir.

Həmin kateqoriyadan