“Mançester Yunayted” 80 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” heyətini gücləndirmək məqsədilə “Nyukasl”ın və Braziliya millisinin yarımmüdafiəçisi Brunu Gimarayşla maraqlanır.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar”28 yaşlı braziliyalını transfer etməkdə israrlıdır.

“Nyukasl”ın isə ulduz futbolçunu təxminən 80 milyon avro qarşılığında satmağa hazır olduğu bildirilir.

Gimarayş cari mövsümdə bütün turnirlərdə çıxış etdiyi 35 matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan