- Baxış sayı: 26
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, “Mançester Yunayted” futbolçusu Fil Consun yayda klubu tərk edəcəyini açıqlayıb.
“Qırmızı şeytanlar” 31 yaşlı ingiltərəli müdafiəçi ilə müqaviləni yeniləməyəcək. Futbolçu azad agent olacaq.
Cons 2011-ci ildən “Mançester Yunayted” də çıxış edir. Bu müddət ərzində o, premyer liqa və Avropa liqası titulları da daxil olmaqla 6 kubok qazanıb .
Bu mövsüm Fil bir dənə də olsun oyun keçirməyib. O, sonuncu dəfə 2022-ci il mayın 2-də meydana çıxıb.