“Mançester Yunayted” heyətini yeniləmək istəyir?

“Mançester Yunayted” 12 futbolçu ilə bağlı təklifləri dinləməyə hazırdır.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” Ceydon Sançonu 45 milyon, Harri Maquayrı 40 milyon, Entoni Martialı 25 milyon, Skott Maktominayı 40 milyon, Fred, Donni van de Beek və Entoni Elanqunun hər birini 20 milyon funt-sterlinqə, Aleksi isə azad agent etməyi fikirləşir. 

Telles 10 milyona, Erik Beyli 2 milyona, Brandon Villiams 5 milyona, Annibal Mezbri isə13 milyona.

“Mançester Yunayted”, həmçinin “Nottinqem Forest” ilə Din Hendersonun 15 milyon funt-sterlinqə satışını və bonusları müzakirə edib, lakin David de Xeanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən bu müqavilə hələ də şübhə altındadır.

Həmin kateqoriyadan