“Mançester Yunayted” klubun əfsanəsinin şərəfinə heykəl qoyur

“Mançester Yunayted”in əfsanəsi Cimmi Mörfinin heykəli mayın 3-də “Old Trafford”un qarşısında açılacaq.

Allsport.az xəbər verir ki, 2021-ci ilin may ayında klub Cimmy Mörfinin böyük töhfəsini şərəfləndirmək üçün heykəl qoymağı planlaşdırdığını açıqlamışdı. 

Mörfi 1946-1971-ci illərdə “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Mett Basbinin köməkçisi olub. Onun vəzifələrinə skaut işi, həmçinin gənc oyunçularla işləmək daxildir. Onun bilavasitə rəhbərliyi altında “Beybi Busbi” adlanan gənc oyunçular qrupu yetişdirildi. Onların arasında Dunkan EdvardsBobbi Çarlton da var idi.

Mörfi komandanın əksəriyyətinin qəzaya uğradığı Münhen reysində deyildi, çünki o, həmin vaxt dünya kubokunun seçmə mərhələsində oynayan “Uels” komandasını çalışdırırdı. 

Cimmi Braziliya millisinə, İtaliyanın “Yuventus”una və İngiltərənin “Arsenal”ına rəhbərlik etmək təklifi aldı, lakin “Old Trafford”da köməkçi məşqçi kimi qalmağa qərar verdi. Bu vəzifədə 1971-ci ilə qədər çalışıb. Mörfi diqqət mərkəzində olmağı sevmədiyi üçün heç vaxt klubun baş məşqçisi olmamaq qərarına gəlib, “pərdəarxası” işləməyə üstünlük verib. Mörfi 1989-cu ildə 79 yaşında vəfat edib.

Həmin kateqoriyadan