“Mançester Yunayted” onun transferi üzərində çalışır

“Benfika”nın sol cinah müdafiəçisi Samuel Dal “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” yayda 23 yaşlı isveçli futbolçunu heyətinə qatmaq üçün artıq skaut araşdırmalarını başa çatdırıblar.

“Benfika”nın baş məşqçisi Joze Mourinyonun yüksək qiymətləndirdiyi və “etibarlı” adlandırdığı Dalın Portuqaliya klubu ilə 2029-cu ilə qədər müqaviləsi var. “Mançester Yunayted” müdafiədəki boşluqları məhz bu gənc istedadla doldurmağı planlaşdırır.

Həmin kateqoriyadan