- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

“Mançester Yunayted” “Real”ın gənc ulduzu Eduardo Kamavinqanı alaraq tarixin 3-cü ən bahalı transferinə imza ata bilər.
Allsport.az xəbər verir ki, “Mançester Yunayted” Kamavinqa üçün “Real”a 130 milyon avroluq böyük təklif hazırlayır.
Kamavinqanın Madrid təmsilçisi ilə müqaviləsi 2027-ci ildə başa çatacaq. Kamavinqanın gələcəyi maraq doğurur. 20 yaşlı gənc ulduz bu mövsüm la liqada keçirdiyi 24 oyunun 12-də əsas heyətdə yer alıb.
PSJ-nin 222 milyon avroya “Barselona”dan heyətinə qatdığı Neymar tarixinin ən bahalı transferidir. PSJ 2017-ci ildə 180 milyon avro ödəyərək “Monako”dan Kilian Mbappeni almaqla daha bir tarixi transferə imza atıb.
“Mançester Yunayted” Kamavinqa üçün “Real”a 130 milyon avro ödəsə, bu, futbol tarixinin ən bahalı 3-cü transferi olacaq.