- Baxış sayı: 77
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Vest Hem”, “Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillipsi transfer edib.
Allsport.az xəbər verir ki, “çəkiclilər” 28 yaşlı ingiltərəli futbolçunu 2023/24 mövsümünün sonuna qədər icarəyə götürüb. O, yeni klubunda 11 nömrəli formanı geyinəcək.
Fillips 2022-ci ilin yayında 49 milyon avroya “Lids”dən “şəhərlilər”ə keçib.